Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Amrahbank” maliyyə vəziyyətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank” maliyyə vəziyyətini açıqladı

“Amrahbank” ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 12 milyon 889 min manat, qeyri-faiz gəlirləri 10 milyon 233 min manat təşkil edib. Faiz, qeyri-faiz xərcləri və ehtiyatlara ayırma çıxıldıqdan sonra Bankın 7 milyon 104 min manat əməliyyat gəliri yaranıb. 15 milyon 704 min manat əməliyyat xərci, bankın ötən ili 8 milyon 601 min manat zərər ilə bağlamasına səbəb olub.

 

“Amrahbank” ötən il kreditlər üzrə ehtimal olunan zərər görə yaradılan ehtiyata 3 milyon 633 min manat ayırıb. Bu, 2016-cı illə müqayisədə 3,4 dəfə azdır.

 

2016-cı ildə “AmrahBank”ın faiz gəlirləri 24 milyon 688 min manat, qeyri-faiz gəlirləri 9 milyon 606 min manat təşkil etmişdi. Həmin il ehtiyatlara 12 milyon 538 min manat ayıran “Amrahbank” 6 milyon 667 min manat əməliyyat gəliri əldə etmişdi. Əməliyyat xərcləri isə gəlirdən yüksək - 15 milyon 90 min manat olduğundan “AmrahBank” 2016-cı ili 8 milyon 422 min manat zərər ilə başa vurmuşdu.

 

31 Dekabr 2017-ci il tarixində “Amrahbank” 204 milyon 770 min manat cəmi aktivlərə, 159 milyon 706 min manat cəmi öhdəliklərə və 45 milyon 64 min manat cəmi səhmdar kapitalına malik olub.

 

31 Dekabr 2016-cı il tarixində “Amrahbank” 257 milyon 629 min manat cəmi aktivlərə, 202 milyon 844 min manat cəmi öhdəliklərə və 54 milyon 784 min manat cəmi səhmdar kapitalına malik idi.

 

Ötən ilin sonunda “Amrahbank” 44 milyon 447 min manat məcmu kapitala malik olub.

31.01.2018 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ