Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ələt azad iqtisadi zonasında lisenziya və icazələr “bir pəncərə” prinsipi əsasında veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ələt azad iqtisadi zonasında lisenziya və icazələr “bir pəncərə” prinsipi əsasında veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq.

 

Bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Layihəyə əsasən, Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək.

 

Bundan başqa, layihədə qeyd olunub ki, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qayaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.  

 

©APA

31.01.2018 14:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ