Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Konqreslər Bürosu Açıq Qapılar tədbiri keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Konqreslər Bürosu Açıq Qapılar tədbiri keçirib

Yanvarın 31-də Bakıda Azərbaycan Konqreslər Bürosu Açıq Qapılar ("AzCB open Doors") tədbiri keçirilib. JW Marriott otelinində təşkil olunmuş tədbirə Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev sədrlik edib.

 

Tədbirin təşkilində əsas məqsəd, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planını təqdim etmək idi. Azərbaycan Konqreslər Bürosunun konsepsiyasının, məqsədlərinin, fəaliyyət istiqamətlərinin təqdimatı ilə yanaşı, strateji məsələlərin müzakirə edildiyi tədbirdə otel, səyahət agentlikləri, restoranlar və turizm sahəsinin əsas iştirakçıları olmaqla, 100-dən çox səlahiyyətli nümayəndə iştirak edib.

 

Azərbaycan Konqreslər Bürosu Azərbaycan Tədbirlər Alyansı ilə birgə, beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlıqlara dəstək olmaq üçün yeni və innovativ imkanlar yaratmaqla, dövlət və özəl sektordakı tərəfdaşların sürətlə inkişaf edən şəbəkəsini bir araya gətirir.

 

Azərbaycan Konqreslər Bürosu Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyatı dövlət qurumlarının dəstəyi ilə ölkəmizdə işgüzar turizmin, eləcə də digər istisadi sahələrin inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesinin partnyorlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

 

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) təkrarlayaraq, növbəti dəfə festivalın uğurlu təşkilinə nail olub. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük məmnuniyyətlə qarşılanıb.

 

Web: www.azcb.com

31.01.2018 15:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ