Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qida məhsulları sertifikatlaşmaya cəlb olunmayacaq – MÜHÜM YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida məhsulları sertifikatlaşmaya cəlb olunmayacaq – MÜHÜM YENİLİK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanda daxili bazar üçün istehsal olunan məhsullar çeşidinə görə sertifikatlaşmaya cəlb olunmayacadır”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Onun sözlərinə görə, qida məhsulları istehsal edən müəssisələr qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər və məhsullarının reysteri aparılacaqdır:  “Əgər müəssisə standartlara uyğun məhsul istehsal edirsə, bu müəssisədəki məhsulun sayının, çeşidinin heç bir önəmi yoxdur. Əgər müəssisə standarta uyğun deyilsə, istehsal olunan 5 adda da məhsul təhlükəlidir, 10 adda da”.

 

Qoşqar Təhməzli  qeyd edib ki, Agentlik dünya təcrübəsini Azərbaycanda tətbiq edəcəcəkdir:

 

"Dünya təcrübəsinə görə, əgər bir müəssisə standartlara uyğun olaraq fəaliyyət göstərirsə, bu o deməkdir ki, istehsal olunan məhsul qida üçün yararlıdır. Bu məhsulların sayının, çeşidinin heç bir əhəmiyyəti yoxdur. Bütün sahibkarlar bilməlidirlər ki, Azərbaycanda daxili bazar üçün istehsal olunan məhsullar çeşidinə görə sertifikatlaşmaya cəlb olunmayacadır. Sadəcə müəssisələr qida təhlükəsizliyi qeydiyyatına düşəcəklər, məhsullarının çeşidləri reystrə daxil ediləcəkdir. Məsələn, satış mərkəzləri həmin məhsulların təhlükəsizlik göstəriciləri barədə məlumat almaq istəsə, müəssisələr onlara qida təhlükəsizliyi qeydiyyatını və reysterdən çıxarışı təqdim etməklə satışlarını həyata keçirə biləcəklər”.

31.01.2018 18:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ