Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.

 

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatıb. Gözlənildiyi kimi, Fed uçot dərəcəsini dəyişməyərək 1.25 - 1.50 faiz aralığında saxlayıb. Fed qərarı yekdilliklə qəbul edib.

 

Analitiklər də Fed-in faizi qaldırmayacağını gözləyirdilər.

 

Fed, 12 - 13 Dekabr 2017-ci il tarixində keçirilmiş ötən ilin son toplantısında faizləri 25 bənd artırmışdı.

 

Fed açıqlamasında qeyd edib ki, bu il inflyasiyanın yüksələcəyi gözlənilir. İnflyasiya orta müddətdə 2% hədəfinə çatacaqdır.

 

FED-in açıqlamasında əsas başlıqlar.


-ABŞ İQTİSADİYYATI MÜLAYİM BİR SÜRƏTLƏ ARTACAQ,


-ƏMƏK BAZARI GÜCLÜ OLMAĞA DAVAM EDƏCƏK,

 
-İQTİSADİYYAT MƏRHƏLƏLİ ƏLAVƏ FAİZ ARTIMLARINI DƏSTƏKLƏYİR,

 

-MƏŞĞULLUQ, MAAŞLAR VƏ İNVESTİSİYALAR GÜCLÜ QALMAQDA DAVAM EDİR.

 

Fed-in qərarından və açıqlamasından sonra Dollar cüzi bahalaşıb. Bakı vaxtı ilə saat 23:15-ə olan məlumata görə, Avro/dollar məzənnəsi 1.24 səviyyəsindən də aşağı düşərək 1.2396 səviyyəsini görüb. Bir neçə gün öncə məzənnə 1.25 səviyyəsini aşmışdı.

 

XXX

 

Fed-in Martda faiz artıracağı ehtimalı  94%-ə yüksəldi
 
 
Fed-in Mart ayında keçirəcəyi pul siyasəti iclasında faiz artıracağı ehtimalı 94%-ə yüksəlib.


 
"Marja" Bloomberg-ə istinbadən xəbər verir ki, Fed-in bu gün toplantısının ardından yayımladığı açıqlama mətnində "dəstəkləyici bir dil" istifadə etməsi, Mart ayında dair faiz artırılacağı gözləntilərini gücləndirib.


 
Açıqlama ərəfəsində sözügedən ehtimal 88 faiz təşkil edirdi.


 
Mütəxəssislər, Fed-in açıqlamada inflyasiyaya dair istifadə ediləcək dilə fokuslanmışdı. Açıqlama mətnində inflyasiyanın bu il yüksəlməsi və orta perspektivdə hədəfə - 2 faiz səviyyəsinə çatmasının gözlənildiyi ifadə edilib.


 
2018-ci ilin Sentyabr ayınadək Fed-in iki dəfə faiz artıracağı ehtimalı 100 faizdir. 

 

Mart ayında faizin artırılacağı ehtimalı 29 Dekabrda 62 faiz səviyyəsində idi.

31.01.2018 20:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ