Ən yuxarı statik reklam_3

Maliyyə bazarlarının Fed-ə reaksiyası zəif olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarının Fed-ə reaksiyası zəif olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən xəbər verdiyimiz kimi, Amerika Mərkəzi Bankının (FED) sədri Janet Yellen sonuncu toplantısında süpriz etmədi. Belə ki, çərşənbə günü açıqlanan toplantı qərarına əsasən, uçot faiz dərəcələri dəyişdirilmədi. Lakin mart ayında növbəti faiz artımı üçün güclü siqnallar verildi.

 

FED-in iki gün davam edən toplantısından sonra çərşənbə günü açıqladığı qərarında uçot faiz dərəcələri aralığı 1.25-1.50 səviyyələrində saxlanılıb. Maliyyə bazarlarında da hər hansı bir dəyişiklik gözlənilmirdi. Sonuncu dəfə bank uçot faiz dərəcəsinin yuxarı sərhədini dekabr ayının 13-də 1.50%-ə kimi artırmışdı və bu, bankın 2015-ci ilin sonundan etibarən başlayana siyasi dönüşü fonunda beşinci faiz artımı idi. 

 

Mart ayının 21-də baş tutacaq növbəti toplantıda, faiz artımının olacağı siqnalları isə toplantı protokolunda aydın görünür. FED-in açıqladığı toplantı protokulunda, komitə üzvləri Amerika iqtisadiyyatının mərhələri faiz artımına ehtiyac olduğunu bildirir. FED-in pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") iqtisadi inkişafın və inflyasiyanın son vəziyyətini yaxşı qiymətləndirir. 

 

Protokola əsasən, iqtisadiyyatın mülayim sürətdə inkişaf edəcəyi və əmək bazarının güclü qalması gözlənilir. Bununla yanaşı, inflyasiya da cari il ərzində artacaq, orta müddət ərzində iki faizlik hədəf ətrafında möhkəmlənəcəkdir. İqtisadi inkişaf üzrə risklər isə balanslaşdırılmış vəziyyətdədir.

 

Maliyyə bazarlarında isə açıqlamalara reaksiya zəif olub. Avronun qiyməti hələ də 1.24$ ətrafında ticarət edilməkdədir. ABŞ səhm bazarları isə qismən ucuzlaşıb. 

 

Qeyd etmək lazımdır ki, FED sədri Janet Yellen bu həftənin sonu səlahiyyətlərini Jerom Povelə təhvil verəcəkdir. Povel əvvəllər idarə heyətinin üzvü olub və monetar siyasət qərarlarında yaxından iştirak edib. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

01.02.2018 05:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ