Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Baktelecom” internet qiymətlərini endirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Baktelecom” internet qiymətlərini endirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Baktelecom” GPON texnologiyası üzərindən göstərilən internet xidməti tariflərini endirdi


 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, “Baktelecom” genişzolaqlı internet istifadəçiləri üçün qiymətləri endirib.

 

“Yeni sərfəli tariflər GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə xidmət alan bütün internet abunəçiləri üçün tətbiq edilib.

 

Eyni zamanda 10 və 20 Mbit/s sürət istifadəçiləri üçün nəzərdə tutulan məbləğə telefon xidməti də daxil edilib. Yəni, abunəçi tətbiq olan tarif əsasında bir məbləğ ödəməklə 2 xidmətdən - internet və sabit telefon şəbəkəsindən faydalana bilər”.

 

Qeyd edək ki, GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. Hazırda Bakı şəhəri üzrə 30 min mənzilə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Yaxın 1 il ərzində bu göstəricinin artırılması planlaşdırılır.

 

Tariflər:

 

Sürət

Qiymət, AZN

2 Mbit/s

10.0

10 Mbit/s

18.0

20 Mbit/s

26.0

50 Mbit/s

55.0

100 Mbit/s

150.0

 

Birdəfəlik qoşulma haqqı, AZN

5.0

 

Qeyd:


– 10 mbit/s və 20 mbit/s tariflərlə internet xidmətini seçən fərdi müştərilər üçün stasionar telefon xidmətindən istifadə pulsuzdur.
– Fərdi müştərilər stasionar telefon və internet xidmətlərini seçdiyi halda birdəfəlik qoşulma haqqı 35 AZN təşkil edir.

 

01.02.2018 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ