Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni badam bağlarının salınmasına başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni badam bağlarının salınmasına başlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın şimal rayonlarında yeni badam bağları salınır.

 

Reklam_3_11

Hazırda Şabran rayonu ərazisində daha 10 hektar badam bağının salınması üzrə işlərə başlanılıb. Ötən il Şabranda 23, Qusarda isə 10 hektar ərazidə badam tingləri əkilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, yaxın gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə biləcək.

 

Yeni badam bağlarının salınmasında bu işdə böyük təcrübəyə malik ispaniyalı mütəxəssislər yaxından iştirak ediblər.

 

İlham Qurbanov bildirib ki, əvvəlcə institutunun nümayəndə heyəti İspaniyaya gedərək superintensiv meyvə bağları ilə tanış olub. Bundan sonra yerli şirkətlərdən biri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb. Razılığa əsasən Azərbaycanda yeni meyvə sortlarının sınaqdan çıxarılması və müasir tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulub.

 

Azərbaycanda əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Ölkəmizin iqlim şəraitinə tam uyğun sortdur. Dünyada ən çox badam yetişdirilən ABŞ-ın Kaliforniya ştatında bağların 45 faizində bu sort becərilir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 35 faizdir. Bu badam bağları hər hektara görə 6-10 ton arasında məhsul verir.

 

Ölkəmizdə yeni badam bağlarının salınmasına 2017-ci ildən başlanılıb. İlk 10 hektar badam bağı Qusar rayonunda salınıb. Daha sonra Cəlilabad, Abşeron və Beyləqan rayonlarında, ümumilikdə, 30 hektardan çox ərazidə badam tingləri əkilib.

 

İlham Qurbanov bildirib ki, badam tinglərinin əkilməsi prosesində ispaniyalı mütəxəssislər birbaşa iştirak edərək, yerli təsərrüfatçıları təlimatlandırıblar. “Yeni bağların salınması zamanı Azərbaycanda ilk dəfə tirə üsulu ilə ağac əkilməsi tətbiq olunub. Badam bitkisinin yetişdirilməsi üzrə texnologiyaya əsasən tirə üsulu daha çox şoranlıq, qurunt sularının çox olduğu ərazilərdə səmərəli sayılır. Tirə üsulu ilə əkin zamanı ağacın kökləri çox dərinə getmir. Badam bağları damcı üsulu ilə suvarılır”, - deyə institutun direktoru qeyd edib.

 

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricidən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla da gələcəkdə badam tinglərinin idxalının da qarşısı yerli istehsal hesabına alınacaq.

 

01.02.2018 09:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ