Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İbrahim Alışov gözlənilmədən bank filiallarında olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İbrahim Alışov gözlənilmədən bank filiallarında olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq, Kapital Bank-ın filiallarında Dəmir Bank-da qorunan əmanətlərə kompensasiyaların verilməsinə başlanılıb. Lisenziyası ləğv edilmiş bir bankdakı qorunan əmanətlərin qaytarılması həssas məsələdir və ictimaiyyətin diqqətindədir.

 

Reklam_3_11

“Marja”nın əldə etdiyi məlumata görə, gündüz saatlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının İcraçı direktoru İbrahim Alışov gözlənilmədən Kapital Bank-ın əmanətlərin verilməsi üçün müəyyən edilmiş filiallarına baş çəkib. Bu addım barədə öncədən Palatanın, Əmanətlərin Sığortalanması Fondunun və  Kapital Bankın əməkdaşlarının məlumatı olmayıb.

 

Gözlənilmədən bank filiallarına daxil olan Palatanın icraçı direktoru, kompensasiyaların ödənilməsi prosesinin gedişatını izləyib, görülən işləri yoxlayıb, tapşırıq və tövsiyyələrini verib.

 

Məlumatı dəqiqləşdirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyevə müraciət etdik. O, faktı “Marja”ya təsdiq edərək bildirdi ki,  Əmanətlərin Sığortalanması Fondu Dəmir Bank-ın ləğvedicisi funksiyasını daşıyır. Bu proseslərə nəzarət isə birbaşa Palatanın mandatına daxildir:

 

“Bəli, İbrahim Alışov bu gün konpensasiyalar ödənilən filiallarda olub, prosesslərlə yaxından tanış olub. Qeyd edim ki, baş icraçı direktorun göstərişinə əsasən, Kapital Bankın konpensasiyaların ödənilməsi nəzərdə tutulan filialında Palatanın əməkdaşları müşahidəçi qismində iştirak edir. Və bütün bu proseslər birbaşa Baş icraçı direktorun nəzarətindədir".

01.02.2018 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ