Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzerTelecom” müasir telekommunikasiya xidmətləri təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerTelecom” müasir telekommunikasiya xidmətləri təqdim edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir.

 

Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən "Marja"ya verilən məlumata əsasən, “AzerTelecom” MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.

 

Hazırda müştərilər “AzerTelecom” MMC tərəfindən təqdim olunan internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, SİP telefoniya, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlərdən faydalana bilərlər. Şirkətin təqdim etdiyi geniş çeşid telekommunikasiya xidmətləri müştərilərin ehtiyaclarını tam və vaxtında ödəməklə yanaşı həm də onların fərqli istək və ehtiyaclarına uyğun olan xidmət paketi yaratmağa da şərait yaradır.

 

Eyni zamanda “AzerTelecom” MMC müştərilərin müasir standartlara cavab verə biləcək İKT xidmətləri ilə təmini  üçün bir sıra innovativ layihələr də reallaşdırır. Bu layihələr həm də dünya telekommunikasiya bazarında olan yeniliklərin və müasir yanaşmaların ölkəmizdə tətbiqinə imkan verir. “AzerTelecom” MMC öz xidmətlərini müasir və dayanıqlı şəbəkəsi üzərindən təqdim edir. Şirkətin sahib olduğu bu şəbəkə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir.

 

Qeyd edək ki, Azərbaycanın dinamik inkişaf edən telekommunikasiya operatoru “AzerTelecom” MMC 2008-ci ildə təsis edilib. Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından, Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

 

01.02.2018 12:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ