Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərpoçt” daha bir sahədə banklar ilə rəqabətə girir - KART BURAXDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərpoçt” daha bir sahədə banklar ilə rəqabətə girir - KART BURAXDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb.

 

MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, ilk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

 

“Debit MasterCard” - debit məhsulu olaraq, “MasterCard” Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü “Debit MasterCard”ın POS-terminallarda əməliyyatların həyata keçirilməsində elektron ticarət zamanı əməliyyatların icrasına imkan yaratmasıdır. Bu kartların texniki üstünlüyü isə kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

 

Hər bir fiziki şəxs “Debit MasterCard” tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 AZN, 2 illik -18 AZN, 3 illik - 24 AZN təşkil edir.

 

“Azərpoçt” MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 AZN, 2 illik - 15 AZN, 3 illik - 21 AZN-dir.

01.02.2018 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ