Ən yuxarı (mobil)_30

Azərbaycan və Hindistan turizmində razılaşma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Hindistan turizmində razılaşma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) əməkdaşlıq haqqında Memorandum imzalanıb.



Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. Sərgidə
Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.



Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) əməkdaşlıq haqqında Memorandum imzalanıb.



Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bagırov imzalama zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.


 

“Bizim assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən ibarətdir. Azərbaycanın milli aviaşirkləti olan AZAl-da bizim təşkilatın üzvüdür, bundan başqa təxminən 242 turzim şirkəti və 110 otel aktiv üzvlərimiz var. Buna görə də, əməkdaşlığımızın uğurlu olacağına ümid edirəm”, - Nahid Bağırov deyib.



İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təstiqlənib.


Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.



Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya 2500-dən çox üzv daxildir. Təşkilatın üzvləri sırasına dövlət və qeyri
dövlət üzvləri daxildir.

01.02.2018 13:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ