Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən varlı adamının şirkəti gəlirini 38% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı adamının şirkəti gəlirini 38% artırıb

Amerikanın elektron ticarət nəhəngi Amazon, ötən ilin dördüncü rübündə gəlirlərinin, 2016-cı ilin ilin eyni dövrü ilə müqayisədə 38 faiz artdığını açıqlayıb.
 

"Marja" Amazon-dan verilən açıqlamaya istinadən xəbər verir ki, 2017-nin dördüncü rübündəki gəlirin 2016-cı ilin eyni dövrü ilə müqayisədə 38 faiz artımla 60,5 milyard dollar olduğu qeyd olunub. Şirkət, 2016-nın oktyabr-dekabr dövründə 43,7 milyard dollar gəlir əldə etmişdi.

Reklam_3_11

 
Açıqlamada, Amazon-un 2016-cı ilin son rübündə 749 milyon dollar olmuş xalis mənfəətinin ötən ilin eyni dövründə 1,9 milyard dollara çatdığı qeyd edilərək, ABŞ Prezidenti Donald Trumpın dekabrda imzaladığı yeni vergi islahatı haqqında qanunun şirkətə 789 milyon dollar təmin etdiyi qeyd edilib.
 


Açıqlamada, bu ilin ilk rübündə şirkətin gəlirinin 47,7 ilə 50,7 milyard dollar, xalis mənfətinin də 300 milyon dollar ilə 1 milyard dollar arasında olmasının nəzərdə tutulduğu qeyd edilib.
 

Amazon-un səhmləri Nyu York Birjasında əməliyyat saatlarında 4,2 faiz azalma yaşamasına baxmayaraq, dördüncü rüb balansının güclü olması ilə səhminin qiyməti 1448 dollara qədər yüksəlib və itkilərini bərpa edib.


 
Bundan başqa, şirkətin səhmləri son 3 ayda 26 faiz bahalaşıb.


 
Amazon, təxminən 670 milyard dollarlıq bazar qiymətilə dünyanın ən dəyərli dördüncü şirkəti mövqeyindədir. Şirkətin banisi və rəhbəri (İcraçı Direktor) Cef Bezos da 115,7 milyard dollarlıq sərvətilə dünyanın ən varlı adamıdır.
 

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən nəşr olunan "Dünyanın Ən Dəyərli 500 Markası- Global 500 2018" hesabatına görə də, Amazon 151 milyard dollarlıq dəyərilə dünyanın ən qiymətli markasıdır.

02.02.2018 04:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ