Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bakıda Xəzərin hüquqi statusu üzrə xüsusi işçi qrupun iclası başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Xəzərin hüquqi statusu üzrə xüsusi işçi qrupun iclası başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası başlayıb.

 

İclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmamış müddəaları, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq üzrə məsələlər müzakirə olunacaq.

 

İclası giriş nitqi ilə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıb.

 

Qeyd edək ki, iclasda həmçinin Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova və Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Muradgeldi Atajanov iştirak edirlər.

 

© Report

25.01.2017 07:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ