Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Kapital Menecment”in direktoru və baş mühasibi işdən çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Menecment”in direktoru və baş mühasibi işdən çıxdı

 “Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin direktoru Ruslan Cəfərov və baş mühasibi Gülnarə Səlimi işdən çıxıblar.

 

Bu barədə  şirkətə istinadən xəbər verilir.

 

Məlumata görə, “Kapital Menecment”ə hələ ki, yeni direktor təyin edilməyib. Bu məsələ yaxın günlərdə öz həllini tapmalıdır. İnvestisiya şirkətinin baş mühasibi vəzifəsinə isə Xəlil Hüseynov gətirilib. O, həm də baş direktoru müvəqqəti əvəz edir.

 

R.Cəfərovun yeni iş yeri məlum olmasa da, G.Səliminin “PSG Kapital İnvestisiya Şirkəti” QSC-də mühasib vəzifəsinə təyin edildiyi bildirilir. Yeri gəlmişkən, hazırda bu şirkətdə direktor müavini vəzifəsində çalışan Cəfər İbrahimli vaxtilə “Kapital Menecment İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının üzvü olub. 

 

Xatırladaq ki, “Kapital Menecment”i 2002-ci ildə hazırda ləğv prosesində olan "Texnikabank" ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb, 2015-ci ildə rebrendinq olub. Onun nizamnamə kapitalı 380 min manatdır. “Texnikabank”ın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər əvvəl isə şirkətin səhmlərinin 99%-i üzrə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb. 

 

“PSG Kapital” isə 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Faiq Ağababa oğlu Məmmədova məxsusdur. 

 

© Report

02.02.2018 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ