Palatada sahibkarlara pul cəlb etməyin alternativ yolu barədə məlumat verilib

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən 01 fevral 2018-ci il tarixdə “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası, ASK, Bakı Fond Birjası (BFB), Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri (AFBİA) və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar (hüquqi şəxslər) iştirak ediblər.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, tədbirin məqsədi sahibkarlara klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının təşviqi, fond birjasında listinqə çıxış və kapital bazarlarında investisiyalar barədə məlumatların verilməsi olmuşdur.

 

Tədbirdə şirkətlərə kapital bazarları və onun üstünlükləri barədə ətraflı məlumat verilmiş, Palata, Bakı Fond Birjası və AFBİA tərəfindən üç mövzuda təqdimatlar keçilmiş, sonda kapital bazarlarından maliyyələşmə və kapital bazarlarında investisiya məsələləri üzrə geniş müzakirələr aparılıb.

 

İnteraktiv formatda keçirilən tədbirdə eyni zamanda BFB tərəfindən həyata keçirilən və kapital bazarları vasitəsilə maliyyələşmək niyyətində olan şirkətlərə “Listinq Məsləhət Proqramı” haqqında ətraflı məlumat verilmiş, onların çoxsaylı sualları cavablandırdılar.

2 Fevral 2018 , 13:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin