Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

İran Azərbaycan üzərindən 1,2 milyard dollarlıq ixrac əməliyyatı həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran Azərbaycan üzərindən 1,2 milyard dollarlıq ixrac əməliyyatı həyata keçirib

Ötən ilin 10 ayı ərzində İran yalnız Astara gömrük-keçid məntəqəsindən 1 milyard 206 milyon dollar həcmində ixrac əməliyyatı həyata keçirib.

 

Bu barədə Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümidi məlumat verib. O bildirib ki, mallar Azərbaycan üzərindən keçməklə Gürcüstana, Ukraynaya, Rusiyaya, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. Gömrük İdarəsi rəisinin sözlərinə görə ölkədə müşahidə olunan iqtisadi artım ildən- ilə İranın ixrac potensialını artırır və gələcəkdə tranzit daşımaların da artacağı gözlənilir.

 

İranın ixrac potensialının artması və Hindistanın ixrac-idxal əməliyyatlarını məhz İran üzərindən həyata keçirməyə çalışması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolunu daha da artırır.

 

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istismara verildikdən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha çox həcmdə ixrac əməliyyatının həyata keçirməsinə imkan yaradacaq. Azərbaycan üzərindən malların tranzit olaraq keçməsi onu deməyə əsas verir ki, rəsmi Bakı strateji xətti düzgün müəyyən edib. Rəşt-Astara dəmir yolunun çəkilişi üçün Azərbaycan Prezidentinin göstərişi ilə İrana 500 milyon dollar kreditin verilməsi qeyri-neft sektoruna yatırılan sərmayədir. Yaxın gələcəkdə dövlət büdcəsinə həm kreditin faizi qayıdacaq həm də istismara veriləcək Rəşt-Astara dəmir yolu ilə həyata keçiriləcək ixrac əməliyyatından əldə edilən tranzit gəlirlər.

 

© Azərtac

02.02.2018 10:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ