Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yasamala icra başçısı təyin olundu - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yasamala icra başçısı təyin olundu - SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidentinin sərəncamı ilə, Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsib.

 

Prezidentin digər bir sərəncamı ilə, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, İyulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilmişdi.

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

 

Əzizov Əziz 09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.


15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi təmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 - Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 - Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 - Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 - Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 - Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.

02.02.2018 –Yasamal Rayon İcra Hakimiyyətinin başçısı.

 

02.02.2018 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ