Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın 25-dən çox şirkəti Moskvada sərgidə iştirak edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 25-dən çox şirkəti Moskvada sərgidə iştirak edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 5-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

 

Hər il təqribən 60 min ziyarətçinin qatıldığı Sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

 

İqtisadiyyat Nazirliyindən "marja"ya verilən məlumata görə, sərgidə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.

 

Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavillionunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan “Prodexpo” Sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.

 

Bundan başqa, sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

02.02.2018 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ