Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda dollarla əməliyyatların həcmi 1,6 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dollarla əməliyyatların həcmi 1,6 dəfə azalıb

2017-ci ilin yanvar-dekabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

 

Mərkəzi Bankın statistikasına görə, 2016-cı il ilə müqayisədə ötən il xarici valyuta əməliyyatlarının həcmi 1,5 dəfə azalıb.

 

Ötən il 2016-cı ili müqayisə edəndə məlum olur ki, hesabat dövründə də dollar ilə əməliyyatlarda 1,59 dəfə azalma qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar-dekabr aylarında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 3 mlrd. 492 mln. 925,9 min ABŞ dolları təşkil edib. Bu məbləğ 2016-cı ildə 5 mlrd. 564 mln. 473,7 min manat təşkil etmişdi.

 

 Ötən ilin dekabr ayı ilə 2016-cı ilin eyni dövrünü müqayisə edəndə ABŞ dolları ilə əməliyyatların həcminin 1,98 dəfə artdığı məlum olur. Qeyd edək ki, ötən ilin dekabr ayında 505 mln. 778,7 min dollarlıq, 2016-cı ilin dekabrında 254 mln. 938,9 min dollarlıq mübadilə əməliyyatları aparılıb.

 

Ötən ilin dekabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 310 mln. 872 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,26 dəfə çoxdur. 2017-ci ilin dekabrında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 194 mln. 906,7 min ABŞ dolları alınıb. Bu, 2016-cı il ilə müqayisədə 66,17% çoxdur.

 

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən dollar alışı 6,8%, dollar satışı isə 1,8 dəfə artıb.

 

Ötən il ilə 2016-cı ili müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 15,4% azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 730 mln. 971,1 min ABŞ dolları olubsa, 2016-cı ildə 861 mln. 409,6 min manat təşkil edib.

 

2016-cı ilin dekabr ayı ilə müqayisədə ötən ilin ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 2,83 dəfə artıb. Başqa sözlə, ötən ilin dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 95 mln. 971,6 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 33 mln. 871,9 min avro təşkil edib.

 

Ötən ilin dekabrında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 81 mln. 40,5 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 14 mln. 931,1 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 20,69% çoxdur.

 

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən avro alışı 2,39% azalıb, bundan fərqli olaraq avro satışı isə 0,14% artıb.

 

© APA

02.02.2018 15:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ