Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Fitch”dən Manat proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch”dən Manat proqnozu

“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”.

 

Bu barədə  “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

 

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib.

 

“Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində dolların manata nisbətən məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq,” - deyə məlumatda qeyd olunub.

 

Fitch-in proqnozuna görə, 2018-ci ildə Brent neftinin orta qiyməti 52,5 dollar, 2019-ci ildə və 55 dollar təşkil edəcək.

 

Xəbər verdiyimiz kimi, “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb. Proqnoz “neqativ”dən “stabil”ə yüksəldilərək “BB+” səviyyəsində təsdiq olunub. Daha ətraflı: http://marja.az/news/20086

 

 

03.02.2018 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ