Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkəti Tbilisidə loqistika mərkəzi tikmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Tbilisidə loqistika mərkəzi tikmək istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstanın paytaxtı Tbilisi şəhərində loqistika mərkəzinin tikintisi ilə bağlı 5 şirkət müraciət edib. Onların arasında Azərbaycan şirkəti də var.

 

Reklam_3_11

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

 

Nazir bildirib ki, Kutaisi loqistika mərkəzinin tikintisinə isə 3 şirkət maraq ifadə edib: “Loqistika mərkəzlərinin inşası ölkənin tranzit potensialı üçün olduqca əhəmiyyətlidir. Tbilisi loqistika mərkəzinə 95 milyon, Kutaisi loqistika mərkəzinə isə 73 milyon dollar investisiya cəlb olunacağı gözlənilir. Loqistika mərkəzlərində 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”.

 

Fevralın 2-də loqistika mərkəzlərinin inşası üzrə yaradılmış xüsusi komissiyanın iclasında şirkətlərin müraciətləri nəzərdən keçirilib.  Azərbaycanla yanaşı, Çin, Türkiyə və digər ölkələrdən olan şirkətlər Tbilisidə loqistika mərkəzinin tikintisinə maraq ifadə ediblər.

 

Qalib şirkət müraciətlərə baxılandan sonra elan olunacaq. Loqistika mərkəzinin inşası investisiya müqaviləsinin imzalanmasından 18 ay sonra başlamalıdır. Tbilisi və Kutaisi loqistika mərkəzlərinin tikintisi 5 il müddətinə başa çatmalı və birinci ildən başlayaraq onlar fəaliyyətə başlamalıdır.

 

© APA

03.02.2018 07:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ