Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Arıçıların güzəştli kreditlər almaları üçün işlər aparılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Arıçıların güzəştli kreditlər almaları üçün işlər aparılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı işə başlayıb.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, arıçılığın problemləri dövlət rəhbərliyi səviyyəsində məlumdur və problemlərə yönələn tapşırıqlar verilib, bunların həlli üçün işlər görüləcək: "Arı ailəsinə görə subsidiya verilməsi təcrübəsindən istifadə edilməsi tapşırığı bu sahəyə diqqətin nümunəsidir".

 

O bildirib ki, hazırda arıçılıqda güzəştli kreditləşmənin təmin olunması üçün işlər aparılır: "Elə yüngül mexanizmlər hazırlanmalıdır ki, maliyyələşmə arıçılar üçün əhəmiyyətli və çevik olsun. Çünki arıçılıq az investisiya tutumu olan və mövsumi sahədir".

 

Şöbə müdiri müvafiq Strateji Yol Xəritəsində arıçılıq üzrə ayrıca maddə olmasının bu sahənin diqqət mərkəzində olmasını deməyə imkan verdiyini qeyd edib.

 

Nazirlik rəsmisi FAO-nun Bakıdakı əlaqələndirmə ofisinin köməyi ilə arıçılığın inkişafı ilə bağlı layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Layihə istehsal sahəsində problemlərin həllini nəzərdə tutucaq.

 

Onun sözlərinə görə, arıçılıqda təşkilatlanma daha yaxşıdır: “Yaxın illərdə Azərbaycanın arıçılıq üzrə beynəlxalq təşkilata üzv olacağına ümid edirik”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bildirib ki, arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı pətəyinə görə dövlət tərəfindən 10 manat subsidiya veriləcək.

 

Konfrans sabah da davam edəcək.

 

© Report

03.02.2018 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ