Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

5 sektor üzrə adı mediada ən çox hallanan qurumlar məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 sektor üzrə adı mediada ən çox hallanan qurumlar məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Media Consulting and Services”  01-31 Yanvar 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin azalması müçahidə edilib. Bu tendensiya Yanvar ayında bayram və qeyri işgünlərinin sayının digər aylarla müqayisədə çox olması ilə əlaqədardır.

 

Qeyd edək ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 onlayn media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

 

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:  

 

1. Banklar  22861

2. Universitetlər 12148

3. Mobil Rabitə  1472

4. Sığorta şirkətləri  1154

5. Otellər 474

 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

 

Banklar: 22861  ədəd ad hallanan yazı

 

1.ABB -1402

2.Bank Standard -802

3.Kapital Bank - 757

 

Şirkətin məlumatında deyilir ki, bankların media aktivliyi yanvar ayında dekabr ayı ilə müqayisədə  passiv olub. Belə ki, 2017-cı ilin dekabr ayında  27890 bank adı hallanan yazı müşahidə edilmişdi. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox  hallanmasını qeyd edə bilərik. “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdır.

 

Universitetlər: 12148   ədəd ad hallanan yazı

 

  1.BDU - 1491

  2.UNEC - 1127

  3.BANM- 891

 

Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə məlumatlar az dərc olunub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 15174 ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

 

Mobil Rabitə: 1472  ədəd ad hallanan yazı

1.Azercell - 614

2.Bakcell - 565

3.Nar Mobile – 293

 

Yanvar ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı  mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi dekabr ayı ilə müqayisədə passiv olub.  Belə ki, 2017-ci ilin dekabr ayında mobil rabitə şirkətlərinin adı çəkilən 2321 yazı monitorinqin əhatəsinə düşmüşdü.

 

Sığorta şirkətləri:  1154 ədəd ad hallanan yazı

 

1.Paşa Sığorta -140

2.Paşa Həyat -118

3.Azərsığorta – 109

 

Otellər: 474 ədəd ad hallanan yazı

 

  1.Hilton Baku - 131

  2.Park inn - 109

  3.Landmark Baku - 59

 

Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

 

2017-ci ilin yanvar ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Paşa sığorta,   otel və biznes mərkəzləri arasında  Hilton Baku  haqqında daha çox ad hallanması olub.

 

Qeyd edək ki, nəticələr  facebook səhifəmizdə  də yerləşdirilib: https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

03.02.2018 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ