Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Amerika bankları bir-bir Bitcoin-i qadağan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amerika bankları bir-bir Bitcoin-i qadağan edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənubi Koreyanın kriptovalyuta bazarı əməliyyatlarını fiziki şəxslərin hesabları ilə aparılmasını məhdudlaşdırmasından sonra bir "zərbə" də ABŞ-dan gəldi.
 

"Marja" xəbər verir ki, ABŞ-ın ən böyük maliyyə qurumlarından JPMorgan Chase & Co., Bank of America Corp. ve Citigroup Inc., buraxdıqları kredit kartlarından Bitcoin və digər kriptovalyutaların satın alınmasını qadağan edib. JPMorgan-ın sözçüsü Mary Jane Rogers, transferlər zamanı yarana biləcək risk səbəbilə bu qərarı verdiklərini deyib.
 

Reklam_3_11

Bank of America-dan verlən açıqlamada isə kripto transferlərinin cümə günü dayandırıldığı, qərarın bütün fərdi və korporativ kredit kartlarını əhatə etdiyi, ancaq ATM kartlarına (debet kartları) aid olmadığı qeyd olunub.
 

Citigroup-un sözçüsü Jennifer Bombardier isə bazardakı vəziyyətə bağlı olaraq siyasətlərini nəzərdən keçirməyə davam edəcəklərini söyləyib.
 

Bitcoin 18 Dekabrdan bu yana dəyərinin yarıdan çoxunu itirib və noyabrdan bu yana ilk dəfə 8 min dollardan aşağı düşüb. Bu sürətli azalmaya getdikcə artan hökumət məhdudlaşdırmaları, manipulyasiya qorxusu və Facebookun kriptovalyuta reklamlarını qadağan etməsi səbəb olub.

05.02.2018 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ