Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dolların bu həftə bahalaşacağı proqnozlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların bu həftə bahalaşacağı proqnozlaşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Keçən həftə dolların qiymətində müşahidə edilən 1%-lik bahalaşmanın, əlavə olaraq bu həftə də 0.6%-da davam edəcəyi proqnozlaşdırılır.

 

Reklam_3_11

EUR

 

Dünya valyuta birjalarında avronun qiyməti 1.25$-ın altında ticarət ediləməkdədir və təhlillərə əsasən, qiymət bu səviyyənin altında qaldıqca, 1.23$-a kimi də ucuzlaşa bilər.

 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu həftə EUR/USD məzənnəsinə güclü təsir edə biləcək iqtisadi göstəricilərin az olmasına baxmayaraq, ticarət aktivliyinin daha da güclənəcəyi proqnozlaşdırılır.

 

GBP

 

GBP/USD qiymətinin də 1.42$-ın altında ticarət edilməsi 1.39$-a kimi ucuzlaşa biləcəyi proqnozlarını gücləndirir.

 

Bu həftənin cümə axşamı və cümə günləri müvafiq olaraq saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı və saat 13:30-da açıqlanacaq sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

TRY

 

Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.77TL-nin üzərində ticarət edilir və üzərində qaldıqca, 3.81TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır. Dünya maliyyə bazarlarınd dolların qiymətində müşahidə edilən 1%-lik bahalaşma, lirənin də ucuzlaşmasına təsir edib.

 

OIL

 

Dünya birjalarında dolların qismən bahalaşması, enerji bazarlarında da neft qiymətlərinin korreksiyasına səbəb olub. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 68$-a kimi ucuzlaşıb və korreksiyası 66$-a kimi də davam edə bilər.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın net ehtiyatları ilə bağlı statistik göstəricilər də böyük maraqla gözlənilməkdədir.

 

GOLD

 

Əlvan metallar bazarlarında isə qızılın qiymətləri 1330$-a kimi 1.8% ucuzlaşıb. Burada təhlillər onu göstərir ki, qızılın bir unsiya üzrə qiyməti 1331$-ın (42.7 $/qram) altında qalarsa, eniş dalğası 1319$-a (42.3 $/qram) kimi də güclənə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

05.02.2018 06:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ