Sahibkar Gömrükdən şikayətləndi -"ÇOX YUBANIR"

Xaricdən səhvən Azərbaycana göndərilən yüklərin geri qaytarılması işləri çox yubanır və bəzən bu, 2-3 gün çəkir.

 

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə keçirilən görüşdə “ARS Express & Logistics” MMC-nin ("FedEx Azerbaijan") baş direktoru Sevda Xanməmmədova deyib.

 

Şirkət rəsmisinin sözlərinə görə, həmin yüklərə görə DGK-nin əməkdaşları bəyannamə tələb edirlər: "Anlamaq olmur ki, səhv gələn yükə görə niyə ödəniş etməliyəm?".

 

A.Əliyev sualın cavabında bildirib ki, bəzən fiziki şəxslər tərəfindən bilərəkdən səhv yüklər gətirilir. Lakin S.Xanməmmədova imtina edilmiş yüklərlə deyil, səhvən ölkəyə göndərilmiş yüklərlə bağlı məsələnin həllində DGK rəhbərliyindən yardım göstərilməsini xahiş edib.

 

Daha sonra isə DGK sədri Komitənin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Cavad Qasımova problemin araşdırılması və həll edilməsi ilə bağlı tapşırıq verib.

 

© Report

5 Fevral 2018 , 11:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin