Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Janet Yellen: Məyus oldum

iç səhifə xəbər başlığı altı (mobil)_31
Janet Yellen: Məyus oldum
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) rəhbərliyi başa çatan Janet Yellen ABŞ Prezidenti Donald Trampın onu ikinci dəfə FED-ə başçı seçməməsindən məyus olduğunu deyib.

 

Reklam_3_11

“CBS” kanalına müsahibəsində J.Yellen FED rəhbərlərinin əsasən ikinci dəfə də öz vəzifəsini davam etdirdiyini xatırladaraq deyib: “Yeni dövr üçün də öz vəzifəmdə qalmaq istəyirdim. Lakin bu barədə məyus oldum”.

 

O FED-in yeni rəhbəri Jerome Powell də öz dəstəyini əsirgəməyib.

 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən FED-ə rəhbər təyin olunan J.Yellen Prezident Donald Tramp tərəfindən ikinci dəfə başçı kimi namizəd göstərilməmişdi.

 

FED-in ilk qadın rəhbəri olan Janet Yellen 2014-2017-ci illəri əhatə edən çox çətin keçid dövrdə Federal Ehtiyatlar Sisteminə başçılıq edib.

 

Analitiklərin fikrincə, J.Yellen ölkə iqtisadiyyatını tam məşğulluğa çatdıran “əla işi” sayəsində FED-in ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşəcək. J.Yellenin FED-ə rəhbərlik etdiyi 4 ildə xüsusilə məşğulluq sahəsində çox yaxşı iş gördüyünü düşünən ekspertlər FED-in ilk qadın başçısının müvəffəqiyyətli bir miras qoyduğuna dair həmfikirdirlər.

 

İqtisadi göstəricilərə görə, J.Yellen FED-in 104 illik tarixində ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşüb. FED-in siyasətdən müstəqil bir qurum kimi qəbul edildiyi ABŞ-da J.Yellenin ikinci dəfə rəhbərlik postuna seçilməməsi ölkə tarixində nadir rastlanan hadisələrdən biridir.

 

© Azərtac

05.02.2018 08:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ