Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

114 nömrəli marşrut biznesi 2 yerə bölündü

iç səhifə xəbər başlığı altı (mobil)_31
114 nömrəli marşrut biznesi 2 yerə bölündü

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərindən birini ləğv edib.

 

Reklam_3_11

Bu barədə BNA məlumat yayıb.

 

Məlumata görə, 114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini “114 A” və “114 B” olmaqla davam etdirəcək.

 

"Bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordürlərlə ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.

 

Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi - “20 Yanvar” metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib.

 

Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir. Sözügedən dəyişikliyin 10 fevral 2018-ci il tarixədək təmin edilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.

05.02.2018 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ