Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fındıqçılıqdan 14,5 milyon manat gəlir əldə edən rayon

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındıqçılıqdan 14,5 milyon manat gəlir əldə edən rayon

Fındıqçılıq Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. 2017-ci ildə rayonda 5 min 385 ton fındıq istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 1,3 min ton artıb. Ötən il rayon əhalisi fındıq satışından 14,5 milyon manata yaxın gəlir götürüb. Fındıq tədarükünə 2700 nəfərdən çox mövsümi işçi cəlb olunub.

 

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

 

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, son iki ildə rayonda 3 min 930 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 8 min 934 hektara çatdırılıb. Növbəti illərdə daha 1700 hektarda yeni bağların salınması nəzərdə tutulur.

 

© Azərtac

05.02.2018 09:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ