Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Torpaq nəmliyinə nəzarətin əhəmiyyəti

iç səhifə xəbər başlığı altı (mobil)_31
Torpaq nəmliyinə nəzarətin əhəmiyyəti
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sirr deyil ki, su həddən artıq qiymətli resursdur. Bunu dünya əhalisinin günü-gündən artan sayı ilə birləşdirəndə aydın şəkildə görmək olur ki, biz suvarma təcrübələrimizdə daha ağıllı davranmalıyıq. 

 

Reklam_3_11

Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi, son 50 ildə su sərfiyyatı iki dəfə artıb və bu şəkildə də davam edəcəkdir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün məhsuldarlığı artırmaq və torpaq səthini daha da münbitləşdirməklə yanaşı bitkiləri, torpağı və əkinləri daha səmərəli suvarma yolları mövcuddur.

 

Suvarma üçün daha ağıllı qərarlar vermək istiqamətində ilk addım torpaqdakı nəmliyə nəzarət etməkdir. Torpağın nəmliyini ölçmək və suvarma vaxtlarını daha yaxşı planlamaq üçün bir neçə üsul var. Torpağı münbit saxlamaq və ya məhsuldarlığı artırmaq üçün düzgün vaxtda və yerdə lazımi miqdarda suyun verilməsi zəruridir. Fərqi yoxdur istifadə etdiyiniz cihaz yerə daimi yerləşdirilmiş torpaq nəmliyi sensorudur, yoxsa torpaq nəmliyini ölçən portativ cihazdır, torpaq nəmliyini real vaxtda ölçmək asan və sürətli prosesdir. Bu sensorlar tarlada, demək olar ki, hər yerdə istifadə oluna bilər və tarlanızda və torpaqda hansı proseslərin baş verdiyinə nəzarət etməyə imkan verir. Bu ölçmə qiymətləri sizin daha yaxşı fermer olmağınıza və sudan daha səmərəli istifadə etməyinizə imkan yaradacaqdır.

 

Su məhduudiyyətləri icra edilməyə davam etdikcə və su tələbatı artdıqca torpağın nəmliyinin ölçülməsi ehtiiyacı da artacaqdır. Torpağın nəmliyinin ölçülməsi sizə təkcə ən uyğun şərtləri yaratmağa və ya məhsuldarlığı artırmağa imkan verməyəcək, həmçinin daha az resursla daha çox nəticə əldə etməyə imkan verəcəkdir. Yalnız tələb ediləni etməklə siz ən qiymətli resursu qorumaqla yanaşı vaxta, elektrik enerjisinə və pula qənaət edəcəksiniz.

 

Məqalə "Sminagro" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. 

07.02.2018 08:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ