Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Azəriqaz" radikal addımlar atmalı, itkini 7,9%-ə qədər endirməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəriqaz" radikal addımlar atmalı, itkini 7,9%-ə qədər endirməlidir"

“Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməlidir. 

 

Reklam_3_11

Bunu "Azəriqaz"da SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

 

Abdullayev qeyd edib ki, ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93%-dən 95%-ə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib.

 

SOCAR-ın prezidenti Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurətini qeyd edərək, cari ildə itki səviyyəsinin 7,9%-ə qədər endirilməsini başlıca hədəf kimi qarşıya qoyub.

 

"Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin  inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır”,- Rövnəq Abdullayev deyib.

05.02.2018 15:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ