Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Carçıoğlu GROUP”un elektrod zavodunda işlər sürətlə davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Carçıoğlu GROUP”un elektrod zavodunda işlər sürətlə davam edir

Qazax rayonunda "Carçıoğlu GROUP” MMC tərəfindən elektrod zavodu tikilir.

 

"Marja" xəbər verir ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna baş çəkib.


Rayon rəhbərliyinə məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Tam gücü ilə işləyəndə müəssisədə 100 nəfərə yaxın rayon sakini işlə təmin olunacaqdır.


Hazrda tikinti işləri sürətlə davam edir. Zavodun həm daxilində, həm də ətrafında inşaat işləri görülür. Zavodun tikintisi ilə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini verib.

 

1997-ci ildə təsis edilmiş ”Carçıoğlu Group” içki, ərzaq məhsullarının və mebel aksesuarlarının respublikamıza idxal olunması sahəsində ixtisaslaşmışdır. "Carçıoğlu Group” hal-hazırda ” Carçıoğlu” MMC, ” İdxal” MMC, ”Dinçer və Carçıoğlu” MMC və ” Azər Loqistika Group” MMC şirkətlərini özündə birləşdirir.

06.02.2018 04:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ