Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən böyük satınalma olaraq tarixə düşə bilər - 121 MİLYARDLIQ TƏKLİF

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük satınalma olaraq tarixə düşə bilər - 121 MİLYARDLIQ TƏKLİF
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın "Broadcom" şirkəti, yeni nəsil 5G texnologiyası sahəsində söz sahibi olmaq üçün "Qualcomm" şirkəti üçün etdiyi 105 milyard dollarlıq təklifini 121 milyard dollara qaldırıb.



 
"Broadcom Ltd"-nin verdiyi açıqlamaya görə, başda "Apple", "Samsung" və "LG" olmaqla bir çox markaya çip istehsal edən "Qualcomm" üçün hazırladığı təklifini yeniləyib.

 
Ötən ilin noyabr ayında 100 milyard dollarlıq təklif verən, sonra 105 milyard dollara qaldıran "Broadcom", təklifini 121 milyard dollar olaraq yeniləyib. "Qualcomm" şirkəti təklifi qəbul etdiyi təqdirdə 121 milyard dollarlıq bu satınalma texnologiya sahəsinin ən böyük satınalması olaraq tarixə düşəcəkdir.

 
"Marja" xəbər verir ki, açıqlamada təklifin son olduğu və hər bir "Qualcomm" səhmi üçün 60 dolları nağd, qalan 22 dolları "Broadcom" səhmlərindən ödənmək üzrə cəmi 82 dollarlıq paket təqdim olunduğu bildirilib.
 

Xəbərlərin ardından "Qualcomm"un səhmləri 2% dəyər itirərək 64.8 dolara düşüb, "Broadcom" səhmləri isə 1 faiz artımla 237.5 dollara çatıb.
 


"Qualcomm" tərəfindən verlən rəsmi açıqlamada təkliflə bağlı idarə heyətinin ətraflı qiymətləndirməsi başa çatmadan hər hansı bir şərh verilməyəcəyi bildirilib.


 
Satınalma reallaşarsa "Broadcom" və "Qualcomm" birliyi "Samsung" və "Intel"dən sonra çip istehsalçıları arasında 3-ci yeri tutacaq.

05.02.2018 18:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ