Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kriptovalyutalara daha bir zərbə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kriptovalyutalara daha bir zərbə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın "Lloyds" Bankçılıq Qrupu kredit kartları vasitəsilə Bitcoin daxil olmaqla bütün virtual valyutaların alışının qadağan etdiyini bildirib.
 

"Marja"nın məlumatına görə, bankdan bildiriblər ki, qrupun iştirakı olan "Lloyds Bank", "Bank of Scotland", "Halifax" və MBNA müştərilərinin kredit kartları ilə virtual valyutalar satın alınmasına icazə verməyəcəklər.
 

Qadağanın bank qrupunun 8 milyon ədəd kredit kartını əhatə edəcəyi, hələlik bankomat kartlarını (debet kartları) əhatə etmədiyi bildirilib.
 

Açıqlamada, "Bank məhsullarımızı və prosedurlarımızı nəzərdən keçiririk. Bu qərarımız da bunun bir hissəsidir",- ifadələri istifadə edilib.
 

Britaniya polisindən daha əvvəl verlən açıqlamada kriptovalyutaların qeyri-qanuni fəaliyyətlərin maliyyələşdirilməsi üçün istifadə edildiyi bildirilmişdi.
 

ABŞ-ın iri bank təşkilatlarından JPMorgan Chase, Bank of America və Citigroup da kriptovalyutalardakı dəyişkənlik və risk səbəbilə müştərilərinin kredit kartları ilə kriptovalyuta almalarına icazə verməyəcəklərini açıqlayıblar.

 

06.02.2018 04:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ