Qaydalar da dəyişdirildi - Bu sertifikatları Qida Təhlükəsizliyi Agentliyi verəcək

"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"nda dəyişiklik edilib.

 

Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

 

Dəyişikliyə əsasən, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

 

"Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də edilən dəyişikliklərə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

 

"Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları"nda edilən dəyişikliyə əsasən isə, dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

 

Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib.

 

Yeri düşmüşkən, Nazirlər Kabineti bununla bağlı “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

 

Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edilib.

6 Fevral 2018 , 08:32   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin