Xərçəng xəstəliyinə çəkilən xərclər illik 1,5 trilyon dollara çatıb

Norveçin Oslo Universitetində Səhiyyə Siyasəti və İqtisadiyyatı üzərində tədqiqatlar aparan professor Doktor Adnan Kısa, xərçəngə dünya üzrə birbaşa və dolayı yolla çəkilən cəmi xərclərin ötən il təxminən 1,5 trilyon dollar hesablandığını söyləyib.
 

"Marja" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sözügedən xərclərin 2014-cü ildə 1,3 trilyon dollar olduğuna işarə edən Kısa, xərclərə - dərmanlar, xəstəxanada yataraq müalicə almaq kimi birbaşa xərclər ilə bərabər, işçi qüvvəsi və həyat keyfiyyəti itkisi səbəbilə ortaya çıxan dolayı və ictimai xərclərin də daxil edildiyini vurğulayıb.


 
XƏRÇƏNGƏ ƏN ÇOX PULU ABŞ XƏRCLƏYİR


 
Kısa, xərçəng səbəbindən 2017-də ortaya çıxan birbaşa xərclərin 165 milyard dollarlarının Avropa Birliyi ölkələrində, 90 milyard dollarının ABŞ-da, 57 milyard dollarının Yaponiyada çəkildiyini bildirib. O, xərçənglə bağlı ən çox xərcin ABŞ-da olduğunu, bu ölkənin xərçəng müalicəsinə yönəlmiş xərclərinin 2020-də 157 milyard dollara qalxacağının təxmin edildiyini qeyd edib.

 

Siqaret, spirtli içki, ətraf mühitin, içmə sularının çirklənməsi, fiziki fəaliyyətlərin azalması xərçəng xəstəliyinin əsas səbəbləridir.
 

Dünyada müalicəsi ən bahalı xərçəng melanoman xərçəngdir. Bu xərçəngin müalicəsində illik dərman xərcinin 256 min dollar olduğunu bildirilir. 

6 Fevral 2018 , 09:33   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin