Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed-in yeni sədri ilk çıxışını edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in yeni sədri ilk çıxışını edib

ABŞ Mərkəz Bankının (Fed) yeni sədri Cerom Pauel (Jerome Pauell), "Pul siyasətinə dair qərarlarımız ilə davam edən iqtisadi artımı, sağlam məşğulluq bazarını və qiymət sabitliyini dəstəkləyəcəyik",- deyib.
 

ABŞ Mərkəzi Bankının (Fed) yeni sədri Jerome Pauel, vəzifəsinə rəsmi olaraq başlamasının ardından Fed-in rəsmi saytında bir video yayıb.
 

"Marja" xəbər verir ki, Pauell videoya, "Qısa müddət əvvəl Fed-in sədri olmaq üçün and içdim. Amerikalılara bu missiya çərçivəsində xidmət etmək imkanına sahib olmaqdan qürur və şərəf duyuram" ifadələri ilə başlayıb.
 

ABŞ Konqresinin Fed-ə qiymət sabitliyi (inflyasiya) və tam məşğulluğu təmin etmək tapşırığı verdiyini xatırladan Pauell, bankın ölkədə maliyyə sabitliyi yaratmaqdan da məsul olduğunu vurğulayıb.
 

Fed-in 16-cı sədri olan 65 yaşlı Pauell, sözlərini belə davam edib:
 

"Bugün işsizlik və inflyasiya aşağıdır, iqtisadiyyat böyüyür. Pul siyasətinə dair qərarlarımız ilə davam edən iqtisadi inkişafı, sağlam işçi qüvvəsi bazarını və qiymət sabitliyini dəstəkləyəcəyik.
 

Bundan başqa, maliyyə sistemimizin təxminən 10 il əvvəl başlayan böhran öncəsinə nisbətən daha güclü və müqavimətli olduğunu bildirməkdən xoşbəxtəm. Bunu qorumaq niyyətindəyik".
 

Pauell Fed rəsmilərinin yeni risklərə qarşı diqqətli olmağı davam etdirəcəyini qeyd edib.
 

Pauell çıxışını, "Qərarlarımızın Amerika xalqı və şirkətləri üçün əhəmiyyətli olduğunu bilirik. Fed-dəki həmkarlarım və mən ölkəmizə tərəfsiz, müstəqil və dürüst şəkildə xidmət edəcəyik" sözləri ilə tamamlayıb.

06.02.2018 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ