“Mətanət A” şirkətinə mühasib və mexanik tələb olunur - VAKANSİYALAR

“Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir

 

İşin təsviri:

 

-Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 

-Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 

-İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 

-Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;

-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 

-Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 

-Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 

-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 

-Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq 

 

Əmək haqqı:

 

Razılaşma yolu ilə

 

Tələblər:

 

-Təhsil: Ali

-Yaş həddi: 35-50

-Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı

-Dillər: Rus biliyi arzu olunandır

 

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabiliyətli;

-Ünsiyyət yaratmaq bacarıqlı;

-Fəal olması;

-İşə planlı yanaşması.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin


 

“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

 

İşin təsviri:

 

-Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

-Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

-Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;

-Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;

-Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

 

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək

-İstirahət: Şənbə və  bazar günü

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə

 

Tələblər:

 

-Təhsil: Ali (İqtisadi)

-İş təcrübəsi: 2- 5 il iş təcrübəsi olan

-Yaş həddi:25-50

-Dil bilikləri: Azərbaycan və Rus dili

-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

 

Şəxsi keyfiyyətləri:

-İşə planlı yanaşmaq bacarığı;

-Yüksək ünsiyyət bacarığı;

-Nitq mədəniyyəti;

-Təmkinlilik, etibarlılıq, özünə inamlı;

-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin

 

6 Fevral 2018 , 11:48   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin