Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yüklərin gömrükdə saxlanıldığı barədə şikayətlər davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yüklərin gömrükdə saxlanıldığı barədə şikayətlər davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaricdən alınan yüklərin və bağlamaların gömrükdə saxlanıldığı barədə şikayətlər azalmır.

 

Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətinin yüklərinin də gömrükdə saxlanıldığı bildirilir. Bu barədə "Marja"ya şirkətin müştərisi Tomris Fərəcova məlumat verib.

 

""Polar Kargo" sonuncu dəfə 19 Yanvar 2018-ci il tarixində götürdüyü sifarişləri 3 həftədən çoxdur müştərilərinə çatdıra bilmir. Nə şirkət, nə də Gömrük bizə səbəbləri izah etmir. Ən pis tərəfi budur ki, məhsullarımızı nə vaxt götürə biləcəyimizi də demirlər. Məhsullar fərdi olaraq sifariş etdiyimiz geyim və ayaqqabılardır. 

 

Dövlət Gömrük Komitəsinə onlayn şəkildə müraciət etmişik. Cavab verməyiblər. Əlavə olaraq Bakı şəhər Baş Gömrük Komitəsi ilə telefonla da əlaqə saxlamağa çalışırıq. İdarənin telefonlarına da cavab verilmir". 

 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycana poçt bağlamalarının və yüklərin daşınması ilə məşğul olan bir neçə şirkətin gətirdikləri malların gömrükdə saxlanılmasının problemli mallar ilə əlaqədar olduğunu bildirmişdi:. 

 
"Çətinliklə qarşılaşan şirkət yoxdur, sadəcə problemli mallar var. Nə qədər izah etməyimizə baxmayaraq, elektoşoker, beşbarmaq, xüsusi müşahidə aparmaq funksiyasına malik olan video saatlar və s. sifariş edilir.

 

Biz heç bir şirkətə problem yaratmırıq. Problem yaradan özləridir. Çünki düzgün izah işləri aparmırlar. Qazanc naminə qanunsuz malları qəbul edirlər”.

 

Jurnalistlərdən birinin, “Verilən məlumata görə adi mallar, məsələn uşaq paltarları da gömrükdə saxlanılıb” deməsinə Gömrüyün sədri aşağıdakı şəkildə cavab vermişdi:

 

“Həmin adama deyin saytımıza yazsın. Mən 1 saat-dan sonra işdə olacam, tapşırıq verəcəm ki, araşdırılsın. Həmçinin ola bilsin ki, həmin şəxs ay ərzində bir neçə dəfə mal sifariş edib, limiti keçdiyindən sistem rüsumsuz buraxmır”. 

 

06.02.2018 10:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ