Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Yeni binalardan vergi yığa bilmirik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yeni binalardan vergi yığa bilmirik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər”.


Bunu Bakı şəhəri, Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

Reklam_3_11

 

O bildirib ki, “çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra mümkün ola bilər: “Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin “çıxarış”ı olmur. Belə olan halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin “çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermirlər. Bu da ümumi prosesə təsir göstərir”.

 

Deputat Fəzail İbrahimli isə deyib ki, qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılması doğru deyil: “Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır? Binalar qeydiyyata alınmalıdır, sonra vergi də yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar?”.

06.02.2018 10:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ