Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Elman Rüstəmov Dünya Bankının nümayəndə heyətini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elman Rüstəmov Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin Dünya Bankının Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın yeni perspektiv istiqamətləri müzakirə olunmuşdur.

 

Nümayəndə heyətinin rəhbəri xanım Tembon Dünya Bankının Azərbaycan Respublikası ilə əməkdaşlığının qurulduğu 25 il ərzində həyata keçirilmiş layihələr zamanı əldə edilmiş nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğuladı. Ölkədə dayanıqlı ikişafa nail olunmasında Azərbaycan Hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən xanım Tembon bu məqsədlə görülən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyini qeyd etdi. O, həmçinin, Dünya Bankının Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirdi.

 

Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verdi. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.

 

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

06.02.2018 14:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ