Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeyinti məhsullarına dövlət nəzarətini bu 3 orqan həyata keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeyinti məhsullarına dövlət nəzarətini bu 3 orqan həyata keçirəcək

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək
Azərbaycanda yeyinti məhsullarına dövlət nəzarəti həyata keçirən orqanların siyahısında dəyişiklik edilib.

 

Nazirlər Kabineti bununla bağlı "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edilib.

 

Qaydaya əsasən İqtisadiyyat  Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq-sanitariya və fitosanitar standartlara, norma, qayda və tələblərinə (standartlara və tələblərə) riayət edilməsinə dövlət nəzarəti həyata keçiriblər. Dəyişikliyə əsasən İqtisadiyyat  Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu siyahıdan çıxarılıb, Qida Təhlükəsizliyi Agentliyi siyahıya daxil edilib. Beləliklə, artıq yalnız  Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətləri daxilində yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanlarıdır.

 

Qeyd edək ki, dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.

 

© APA

07.02.2018 04:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ