Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ən çox qeyri-faiz gəliri əldə etmiş 5 bank

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən çox qeyri-faiz gəliri əldə etmiş 5  bank


Rəqabətin artması ilə əlaqədar olaraq komissiyaların ləğv edilməsi və xidmət haqlarının aşağı salınması bankların qeyri-faiz gəlirlərini azaldır


 

Adətən bank dedikdə kredit verərək gəlir əldə edən qurum başa düşülür. Bankların verilmiş kreditlərdən əldə etdikləri gəlirlərə faiz gəlirləri deyilir.


Banklar kredit faizlərindən başqa, kreditlərə görə komissiya, hesablaşma hesabı, kartlar, valyuta mübadiləsi kimi xidmətlərdən də gəlir əldə edirlər. Belə gəlirlərə qeyri-faiz gəlirləri deyilir.

 

2017-ci ildə ən çox qeyri-faiz gəliri əldə edən banklar məlum olub. "Marja" xəbər verir ki, ən çox qeyri - faiz gəliri əldə etmiş 5  bank - Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, PAŞA Bank, Bank Respublika və AGBank-dır. 

 

Həmçinin, Yapı Kredi Bank Azərbaycan, Silk Vey Bank, Rabitəbank, Xalq Bank və AFB Bank ən çox qeyri-faiz gəlirləri əldə etmiş banklardır.

 

Əksər bankların, xüsusilə qabaqcıl pərakəndə bankların qeyri-faiz gəlirləri 2016-cı illə müqayisədə azalıb. Kreditlərdə komissiyaların endirməsi və ya ləğv etməsi (0% komissiya), kartlar üzrə xidmət haqlarının aşağı salınması qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbləridir. Bir sıra banklar valyuta mübadiləsi xidmətindən əldə etdiyi gəlir hesabına qeyri-faiz gəlirlərinin bir qədər bərpa edə bilib.

 

Sıra

Banklar

2017-ci il. Qeyri-faiz gəlirləri
(manat)

1

Azərbaycan Beynəlxalq Bankı ASC

513 milyon 245 min

2

Kapital Bank ASC

135 milyon 176 min

3

PAŞA Bank ASC

48 milyon 925 min

4

Bank Respublika ASC

29 milyon 409 min

5

AGBank ASC

27 milyon 547 min

6

Yapı Kredi Bank Azərbaycan QSC

22 milyon 759 min

7

Silk Vey Bank ASC

18 milyon 612 min

8

Rabitəbank ASC

14 milyon 287 min 

9

Xalq Bank ASC

12 milyon 862 min

10

AFB Bank ASC

11 milyon 522 min

11

Expressbank ASC

11 milyon 96 min

12

Amrahbank ASC

10 milyon 108 min

13

Azər Türk Bank ASC

9 milyon 845 min

14

Bank VTB (Azərbaycan) ASC

9 milyon 800 min

15

Muğanbank ASC

9 milyon 280 min

16

Unibank KB ASC

8 milyon 824 min

17

Günay Bank ASC

8 milyon 502 min

18

AtaBank ASC

 8 milyon 481 min

19

Azərbaycan Sənaye Bankı ASC

6 milyon 965 min 

20

Ziraat Bank Azərbaycan ASC

4 milyon 192 min

21

TuranBank ASC

4 milyon 160 min

22

Bank Avrasiya ASC

 3 milyon 314 min

23

NBCBank ASC

3 milyon 142 min

24

Nikoil Bank İKB ASC

3 milyon 66 min

25

Naxçıvanbank ASC

2 milyon 998 min

26

Bank BTB ASC

2 milyon 250 min

27

Bank of  Baku ASC

 1 milyon 468 min

28

Bank Melli İran Bakı filialı

203 min

29

AccessBank QSC

-14 milyon 754 min

 30

Pakistan Milli Bankı NBP Bakı filialı

- 6 min

 

07.02.2018 04:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ