Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azexport.az portalına daha 40 şirkət cəlb olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azexport.az portalına daha 40 şirkət cəlb olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM ) 40-a yaxın yerli istehsalçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

 

Reklam_3_11

 Sahibkarları qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son dövrlərdə aparılan iqtisadi islahatlar, eləcə də biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O  Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının məqsədi, texniki imkanları barədə şirkət rəhbərlərinə məlumat verib. Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.

 

Qeyd edək ki, Azexport.az portalına məlumatlarındaxil edilməsiporssesi davam edir.Görüş zamanı şirkət nümayəndələrinə həmçinin Azexport.az portalına məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Azexport.az-ınfunksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edilir.

 

Daha sonra Azexport.az-ınhazırlanmasında məsul olan icraçılar yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yollarını şirkət nümayəndələrinə izah ediblər və bununla bağlı onların suallarını cavablandırıblar.

 

Növbəti mərhələdə portaldan istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlər keçirmək məqsədi ilə bölgələrə səfərlər təşkil olunacaq. 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

25.01.2017 10:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ