Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ neft qiymətləri proqnozunu yüksəltdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiymətləri proqnozunu yüksəltdi

 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiymətləri proqnozlarını yüksəldib.

Reklam_3_11

 

"Marja" xəbər ki, EIA-nın Fevral ayı hesabatında, Brent tipli xam neftin barrel qiymətinin bu il orta hesabla 62 dollar səviyyəsində olmasının gözlənildiyi qeyd olunub.
 

Hesabatda, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin qiymətinin də orta hesabla bu il 58 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu qeyd edilib.
 

EIA-nın yanvar ayı hesabatında, bu il Brent tipli neftin barrel qiyməti 60 dollar, WTI növü neftin də 56 dollar olmasının proqnoz edildiyi bildirilmişdi.
 

Yeni hesabatla, hər iki neft növünün 2018 üçün orta hesabla barel qiyməti proqnozu 2 dollar yuxarı qaldırılıb.
 

Hesabatda həmçinin, gələn il Brent tipli neftin orta hesabla 62 dollar, WTI növü neftin orta hesabla 58 dollar olmasının gözləndiyi məlumatına da yer verilib.

 

ABŞ-IN NEFT HASİLATI PROQNOZLARI
 


EIA həmçinin, ABŞ-ın 2018 və 2019-a dair xam neft istehsalı proqnozlarını yuxarı qaldırdığını bildirib.
 

Hesabatda, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,6 milyon barrel, gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,2 milyon barrel olmasının gözlənildiyi qeyd edilib.
 

EIA-nın yanvar ayı hesabatında ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10,3 milyon barrel, gələn il gündəlik orta hesabla 10,8 milyon barel olmasının proqnoz edildiyi bildirilmişdi.
 

ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozu gündəlik orta hesabla 300 min barrel, gələn ilə dair hasilat proqnozu da gündəlik orta hesabla 400 min barel yuxarı qaldırılmışdır.
 

Fevral ayı hesabatında həmçinin, ölkənin xam neft hasilatının 2019-un dördüncü rübündə sutkada orta hesabla 11,3 milyon barelə yaxınlaşaraq rekord səviyyəyə çatmasının gözlənildiyi qeyd edilib.

07.02.2018 06:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ