Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"GÖZLƏMƏ"nin nə olduğu məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"GÖZLƏMƏ"nin nə olduğu məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xeyli müddətdir sosial şəbəkələrdə, xəbər portallarında qırmızı fonda yazılan "GÖZLƏMƏ"nin sirri açıldı. Məlum oldu ki, gözlənilən yenilik Bir Bank tətbiqi imiş. Bir Bank ilə - bank xidmətlərindən istifadə etmək üçün gözləməyə ehtiyac yoxdur. 


 

Bu gün "Kapital Bank" ASC-nin yaydığı məlumatda bildirilir ki, Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni Bir Bank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.


Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Bir Bank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.


Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə biləcəklər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.


Bundan başqa, tətbiq vasitəsilə kommunal / rabitə ödənişlərini həyata keçirmək, istənilən bank kartına köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək mümkündür.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Tətbiqi yüklə:

https://itunes.apple.com/us/app/birbank/id1293207342?mt=8

https://play.google.com/store/apps/details?id=az.kapitalbank.mbanking&hl=ru

07.02.2018 07:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ