Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Rabitə Bank” nizamnamə kapitalını artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitə Bank” nizamnamə kapitalını artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


“Rabitə Bank” nizamnamə kapitalını 20 milyon manat və yaxud 22,6% artıraraq 108,5 milyon manata çatdıracaq.

 

Reklam_3_11

Bu barədə Bankdakı mənbə bildirib.

 

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 20,29 manat olan 985 708 ədəd yeni səhm buraxılacaq.

 

Qiymətli kağızlar qapalı üsulla “Bakı Fond Birjası”nda yerləşdiriləcək. Onları “Rabitə Bank”ın mövcud səhmdarlarının alacağı və yaxud Banka yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

 

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 88 500 069,82 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 20,29 manat olan 4 361 758 ədəd yeni səhm əsasında formalaşıb. Səhmlərin 22,5%-i Rauf Zeynal oğlu Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 22,2%-i Validə Maarif qızı Abasovaya, qalan 43,7%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslərə məxsusdur.

 

© Report

07.02.2018 07:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ