Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daşınmaz əmlak sertifikatları buraxılacaq - İŞLƏR GÖRÜLÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşınmaz əmlak sertifikatları buraxılacaq - İŞLƏR GÖRÜLÜR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ölkədə iqtisadiyyatın inkişafı sürətləndikcə əhalinin sosial vəziyyəti də yaxşılaşmağa doğru davam edir və mövcud vəziyyətlə bağlı əhalinin mənzilə olan tələbatının qarşılanması və mənzil sahibi olmaq istəyən insanların istəklərinin təmin edilməsi məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyində olan tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək".

 

Reklam_3_11

Bunun "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.

 

K.Nəbizadənin sözlərinə görə, kooperativlərin bir şirkətin nəzdində toplanması nəzərdə tutulur.

 

"Bu məqsədlə tikilməkdə olan və tikilməsi nəzərdə tutulan mənzillərə daşınmaz əmlak sertifikatlarının buraxılışının tətbiqi istiqamətində aiddiyyatı icra hakimiyyəti orqanları ilə işlər görülür", - deyə baş direktor vurğulayıb.

 

Azərbaycanda qüvvədə olan qaydalara görə,  Emitent daşınmaz əmlak sertifikatlarını tikinti işlərinin ümumi smeta dəyərinin 70%-dək (yetmiş) hissəsinin maliyyələşdirilməsi üçün buraxır. Tikinti işlərinin ümumi smeta dəyərinin azı 30%-i (otuz) emitent tərəfindən ödənilməlidir. Kütləvi təklif üsulu ilə yerləşdirilən və sənədli formada buraxılan daşınmaz əmlak sertifikatları dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzi Depozitarda deponentləşdirilməlidir.

 

Tikinti şirkətləri daşınmaz əmlak sertifikatlarını tikintiyə başlamazdan əvvəl buraxa bilərlər. Həmin sertifikatları bir növ binadakı mənzilə və ya qeyri yaşayış sahəsinə sahiblik hüququnu təsdiq edən sənəddir. Vətəndaş sertifikatı almaq üçün onu buraxan tikinti şirkəti ilə qiyməti razılaşdırır. Həmin məbləğdə sertifikatın tam qiymətini bəri başdan ödəyir və beləliklə, özülü qoyulan andan həmin binadakı əmlakın sahibinə çevrilir.
Daşınmaz əmlak sertifikatları ilə tikinti şirkətləri əvvəlcədən maliyyə çatışmazlığını aradan qaldırarsa, sertifikatı əldə edən vətəndaşlar da həmin mənzilin tam hüquqlu sahibinə çevrilir, yəni mənzil tikilməzdən əvvəl onun sənədi vətəndaşın əlində olur. Tikinti şirkətləri həm də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən həmin sertifikatları girov qoymaqla istənilən bankdan kredit götürmək şansını qazanır.

 

© APA

07.02.2018 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ