Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək.

 

Bu, prezident İlham Əliyevin imzası ilə daxil olan və Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyinə təklif edilən “Energetika haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, elektrik enerjisi, istilik enerjisi və qaz istehsalçıları, enerji və qaz  təchizatı müəssisələri, qaz paylayıcıları Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək. Bu sahədə fəaliyyət göstərən müəssisələrdən alınacaq haqqın məbləği və ödənilmə qaydası Azərbaycan prezidenti ilə razılaşdırmaqla Energetika Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

 

Bununla əlaqədar “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri də Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

7 Fevral 2018 , 13:06   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin